Sevgidə bəxt axtaran turistlər İtaliyanın Verona şəhərindəki Cülyetta heykəlinin sinəsini deşiblər.
Manset.az Lent.az-a istinadla bildirir ki, bu cür hərəkətlərin sevgidə uğurlar gətirəcəyinə inanılır. 1972-ci ildə Nereo Kostantininin tökdüyü orijinal heykəl 2014-cü ildə xurafatçı turistlərin əlindən qorumaq üçün muzeydə quraşdırılıb.
İndi zədələnən heykəl isə onun surətidir.