Ukrayna ağ bayraq qaldırmayacaq - Kuleba

21:57 - 10 Mart 2024

Ukrayna ağ bayraq qaldırmayacaq - Kuleba

Ukraynanın öz bayrağı var və başqa bayraq qaldırmayacaq.

 

Manset.az  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Ağ bayraqla bağlı biz Vatikanın 20-ci əsrin birinci yarısından strategiyasını bilirik. Mən sizi keçmişin səhvlərini təkrarlamamağa, Ukraynanı və xalqını həyatları uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram. Bayrağımız sarı və mavidir”, - Kuleba "X" hesabında yazıb.

Qeyd edək ki, Roma Papası Fransisk deyib ki, Ukrayna “ağ bayraq qaldırmağa cəsarət göstərməli” və Rusiya ilə danışıqlara başlamalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az