Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatının Rusiyanın Belqorod administrasiya binasına çırpılması nəticəsində iki şəxs yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
"Belqorodda düşmən PUA-sı şəhər administrasiyasının binasına çırpılıb. İki qurban var: bir nəfər qəlpə yaraları alıb, ikincidə beyin silkələnməsi olub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o qubernator vurğulayıb.
Qubernatorun sözlərinə görə, partlayış nəticəsində binanın şüşələri sınıb, fasadı ziyan görüb.