İran zindanlarında daha 3 məhbus edam edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən Kərəcin Qızılhisar və İlam əyalətinin mərkəzi həbsxanalarında üç məhbus dar ağacından asılıb.
Bildirilib ki, edam olunan məhbuslar adam öldürməkdə ittiham ediliblər.
Qeyd edək ki, ötən il İran zindanlarında 834 məhbusun edam hökmü həyata keçirilib.
Əfsanə Rəcəb
Manşet.az