Rusiya Müdafiə Nazirliyi "Telegram" hesabında Ukrayna helikopterlərinin Donetsk bölgəsində vurulduğu anları əks etdirən görüntülər paylaşıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, "Telegram" hesabında edilən paylaşımda Donetskdə aşkarlanan helikopterlərin yüksək dəqiqlikli silahlarla məhv edildiyi bildirilib.
Sözügedən videoda 3 helikopterə hücum olduğu görünür.
Nazirlikdən verilən açıqlamada 2 helikopterin məhv edildiyi qeyd edilib.
Videonun çəkiliş tarixi ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Jalə
Manşet.az