Rusiya Ukrayna helikopterlərini vurdu

17:37 - 13 Mart 2024

Rusiya Ukrayna helikopterlərini vurdu

Rusiya Müdafiə Nazirliyi "Telegram" hesabında Ukrayna helikopterlərinin Donetsk bölgəsində vurulduğu anları əks etdirən görüntülər paylaşıb.

 

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, "Telegram" hesabında edilən paylaşımda Donetskdə aşkarlanan helikopterlərin yüksək dəqiqlikli silahlarla məhv edildiyi bildirilib.

Sözügedən videoda 3 helikopterə hücum olduğu görünür.

Nazirlikdən verilən açıqlamada 2 helikopterin məhv edildiyi qeyd edilib.

Videonun çəkiliş tarixi ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az