İsrail Qəzza zolağında humanitar yardım anbarını vurub.
Manset.az Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki yardım paylama anbarını bombalayıb.
İlkin məlumata görə, hücum nəticəsində azı 8 fələstinli ölüb, çoxlu sayda yaralı var.
Bundan əlavə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalayıb.
İsrail ordusunun geri çəkildiyi ərazidə 15 nəfərin cəsədi tapılıb
Digər tərəfdən Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubunda İsrail ordusunun qismən geri çəkildiyi Xan Yunus şəhərinin Hamed bölgəsində 15 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Meyitlərin Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparıldığı bildirilib.
Jalə
Manşet.az