Gürcüstanın Meksikadakı səfirliyi ABŞ-Meksika sərhədində digər əcnəbilərlə birlikdə narkotik karteli tərəfindən qaçırılan təxminən 30 Gürcüstan vətəndaşının yerini müəyyənləşdirməyə çalışır.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Səfirlik əlavə məlumat üçün Meksika Miqrasiya Xidməti ilə əlaqə saxlayır və vətəndaşların mümkün olduğu yerləri müəyyənləşdirir”,- məlumatda bildirilir.
Qeyd edək ki, Gürcüstan vətəndaşları üç gündür ki, Meksika narkokartelinin girovluğunda qalıb. Kartel 90 min dollar pul tələb edir. Oğurlananlar arasında qadınlar da var.