Türkiyə kəşfiyyatı iranlı gəncləri PKK-ya cəlb edən terrorçunu zərərsizləşdirdi

15:43 - 21 Mart 2024

Türkiyə kəşfiyyatı iranlı gəncləri PKK-ya cəlb edən terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) İraqın Qəndil bölgəsində əməliyyat keçirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, əməliyyat zamanı PKK/KCK terror təşkilatının iranlı gənclər arasında koordinasiya işləri ilə məşğul olan üzvü Barzan Hesenzade zərərsizləşdirilib.

“Tolhildan Kandil” kod adlı Barzan Hesenzadenin bölgə gəncləri arasında PKK/KCK-nın təbliğatını apardığı, onları təşkilata cəlb etmək üçün müəyyən işlər həyata keçirdiyi məlum olub.

1994-cü ildə İranın Mahabad şəhərində doğulan terrorçu İranın Merivan, Mukriyan və cənub şəhərlərində yerləşən universitetlərdə gənclərin təşkilata üzv olması və ideoloji istiqamətləndirilməsi üzrə fəaliyyət göstərib. 2016-cı ildə İranın Mahabat şəhərindən təşkilatın çöllük heyətinə qatılıb və silahlı təlim keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az