Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

18:50 - 12 Aprel 2024

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Fransa diplomatiyasının rəhbəri Stefan Sejurnenin açıqlamalarına görə, Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, Fransanın Avropa və xarici işlər naziri S.Sejurne bir qədər əvvəl Rusiya rəsmilərinin dərc etdikləri bəyanatlarda yalan məlumatlar olduğuna görə Parisin onlarla danışmaqda maraqlı olmadığını bildirib.

Moskva bu açıqlamaları “Fransa tərəfinin iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş şüurlu və düşünülmüş hərəkəti” kimi qiymətləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az