Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ - Yaralılar var

19:40 - 12 Aprel 2024

Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ - Yaralılar var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb:

 

Manset.az  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

İlkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az