Hatayın İsgəndərun rayonunda imam səhər namazı üçün məscidə gedərkən silahlı hücuma məruz qalıb və həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətli törədən şəxsin onun əvvəllər ədavəti olan qonşusu olduğu üzə çıxıb.
Qeyd edək ki, Çamlık məscidində işləyən 40 yaşlı imam Həsən İnci 4 uşaq atasıdır və ailəsi ilə birlikdə məsciddə yaşayırdı.
Əfsanə Rəcəb
Manşet.az