ABŞ əsgərləri Qəzzada müvəqqəti limanın tikintisinə başladı

13:47 - 26 Aprel 2024

ABŞ əsgərləri Qəzzada müvəqqəti limanın tikintisinə başladı

ABŞ əsgərləri Qəzza sahillərində yerləşdiriləcək yardım körpüsünün tikintisinə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər şey planlaşdırıldığı kimi getsə, may ayında limandan yardım tranziti başlayacaq.

Lakin fələstinli mülki vətəndaşlara lazım olan ərzaqları çatdırmaq üçün kompleks plan təhlükəsizlik və yardımın necə bölüşdürüləcəyi ilə bağlı narahatlıqlarla doludur.

Təxminən min nəfərlik ABŞ əsgəri tikinti işlərinə dəstək verərkən, Co Bayden əsgərlərə Qəzza sahillərinə ayaq basmamağı əmr edib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az