Məşhur aparıcı Çağla Şıkel son zamanlar bir çox məşhurun başına gələn fırıldaq hadisəsi ilə bağlı izləyicilərini xəbərdar edib.
Manset.az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabından paylaşım edib.
Paylaşımda Çağla Şiker bildirib ki, onun səsini və görüntüsünü süni intellektlə təqlid edərək arıqladan dərmanları reklam edirlər
"Mənim imicimdən və səsimdən süni intellektlə istifadə edərək "Bu dərmanla 20 kilo arıqlayacaqsan" deyən fırıldaqçılar barəsində prokurorluğa müraciət etmişəm və cinayət işi açılıb. Artıq bilirəm ki, belə bir dərmanı reklam etməyəcəm, məni tanımayanlara xəbərdarlıq etmək istədim", deyə Çağla bildirib.
Jalə
Manşet.az