Ərdoğan İrana başsağlığı verdi

11:41 - 20 May 2024

Ərdoğan İrana başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.


Manset.az xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib. 

“Başda İran İslam Respublikasını dini lideri Əli Xameneyi olmaqla, dost və qardaş İran xalqına, hökumətinə, cənab Rəisinin və onun birlikdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Fəaliyyətdə olduğu müddətdə İran xalqının və regionumuzun firavanlığı üçün göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Rəisini hörmətlə yad edirəm”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə əvvəllər də dəfələrlə olduğu kimi bu çətin və kədərli günlərində İranın yanındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az