Serbiyanın paytaxtı Belqradda bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitinə hücum edib.
Manset.az xəbər verir ki, hücumçu arbaletlə polisi boyun nahiyəsindən yaralayıb.
Daha sonra cinayətkar hüquq-mühafizə orqanı əməkdaşının cavab atəşi ilə zərərsizləşdirilib.
Xəsarət alan zabit Belqrad xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib və uğurla əməliyyat olunub.