Kanadanın Nyufaundlend şəhərindəki katolik kilsəsi tərəfindən cinsi və fiziki zorakılığın qurbanı olan 200-dən çox insan təzminat qazanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna görə kilsə 1940-cı illərdən bəri davam edən davaların qurbanlarına təxminən 76 milyon dollar təzminat ödəyəcək.
Beləki, 1880-ci illərin əvvəllərində açılan və sonuncusu 1998-ci ildə bağlanan kilsə internat məktəblərində saxlanılan 150 mindən çox yerli uşağın əksəriyyəti keşişlər, rahibələr tərəfindən fiziki,cinsi və psixoloji zorakılığa məruz qalmışdır
Fidan Əliyeva
Manşet.az