Karib hövzəsini vuran Beril qasırğası ABŞ-nin Texas ştatında da həyatı iflic edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa nəticəsində 6 nəfər həlak olub, 2,7 milyon ev və iş yeri işıqsız qalıb.
Amerika qitəsində böyük dağıntılara səbəb olan Beril qasırğası təsirini davam etdirir. Karib hövzəsi ölkələrini, Meksikanın cənub-şərqindəki Yukatan yarımadasını və Texas ştatını vuran qasırğanın qurbanları getdikcə ağırlaşır.
Fidan Ceyhunqızı
Manşet.az