Ötən il batan rus gəmisinin qalıqları çıxarıldı - FOTO

11:45 - 11 İyul 2024

Ötən il batan rus gəmisinin qalıqları çıxarıldı - FOTO

Ötən ilin noyabrında Türkiyənin Zonguldak şəhərində batan və 12 ekipaj üzvündən 7-si hələ də tapılmayan “Kafkametler” rus gəmisinin kəsilmiş hissələri su səthinə çıxarılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir, Rusiyanın Temyruk limanından aldığı yüklə Türkiyə sahillərində üzərkən hərbi dalğaqırana çırpılaraq fırtına nəticəsində batan gəminin 5 personalının cəsədi tapılıb.

Ekipajı itkin düşən batmış gəminin kəsilmiş hissələri su səthinə çıxarılıb

Heyəti itkin düşən batmış gəminin kəsilmiş hissələri su üzərinə çıxarılıb - 1

"Kafkametler"in son radio zəngində gəminin batdığını deyən personallardan birinin danışığı belə idi:

"Kapitan işim bitdi. Mən indi dalğaqırana söykəndim, oldu. Əsgər tərəfə söykəndim, mən hərbi əsgər tərəfə söykəndim. Xilasetmə qüvvələrinin köməyinə ehtiyac var".

Daha sonra Kafkametler ilə radio əlaqəsi kəsilmişdi.

Qeyd edək ki, axtarışlar davam etsə də, itkin düşən ekipaj üzvlərinin cəsədi hələlik tapılmayıb.

Sökülən hissələrlə bağlı ətraflı müayinəyə başlanılıb.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az