Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə bir günlük matəm elan edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Fələstin davasına dəstəyimizi və Fələstinli qardaşlarımızla həmrəy olduğumuzu göstərmək üçün sabah (2 avqust cümə günü) milli matəm günü elan edilib. HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin şəhadətinə və "Bütün Fələstinli şəhidləri rəhmətlə yad edir, Fələstin xalqına öz adımdan və millətimdən başsağlığı verirəm".
Manşet.az