Mersin Böyükşəhər Bələdiyyəsi, Yenişəhər və Məzitli bələdiyyələrinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 60 nəfərdən 16-sı həbs edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, həbs olunanlar arasında Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Məzitli Bələdiyyəsinin sədri Əhməd Sərkan Tuncər də var.
Mersin Baş Prokurorluğu tərəfindən Mersin Böyükşəhər Bələdiyyəsi, eləcə də Məzitli və Yenişəhər bələdiyyələrinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 59 şübhəlinin polis idarəsindəki prosedur işləri başa çatıb. Bu müddətdə araşdırma çərçivəsində daha bir nəfər saxlanılıb. Həmin şəxsin məhkəməyə göndərilməsi ilə saxlanılanların sayı 60-a çatıb.