Rusiya prezidenti Vladimir Putinin 2011-ci ildən bəri ilk dəfə Rusiya Çeçenistan Respublikasına gözlənilməz səfəri gündəmdə qalmaqdadır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin Çeçenistan lideri Ramazan Kadırov və Çeçenistan müftisi Salah Mejiyevlə birlikdə paytaxt Qroznıda yeni tikilmiş İsa Məscidi ziyarət edib.
Putinin məscidə hədiyyə etdiyi qızılla örtülmüş və qiymətli daşlarla bəzədilmiş Qurani-Kərimi götürüb öpdüyü anlar diqqət çəkib. Putin daha sonra əlində Qurani-Kərim və Kadırov və Müfti Mejiyevlə şəkil çəkdirərkən görüntülənib. Putinin Qurani-Kərimə ehtiram göstərdiyi anlar tez bir zamanda sosial mediada trend mövzusuna çevrilib.