Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.
Xatırladaq ki, dünən Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22-si yaralanıb. Terrorla bağlı Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Kazan şəhərindən İstanbula geri dönüb.