Türkiyənin Ərdahan şəhərində soyuq hava öz təsirini göstərməyə başlayıb. Havanın temperaturu əvvəlki 6 dərəcəyə çatıb və nəqliyyat vasitələrinin şüşələri donub.
Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.
Səhər tezdən işə getmək üçün avtomobillərinin yanına gələn vətəndaşlar avtomobillərini qızdırmağa başlayıblar. Vətəndaşlar daha sonra avtomobillərinin şüşələrini buzdan təmizləmək üçün dəqiqələrlə çalışıblar.