İstanbulda anası ilə küçədə oynayan uşağı vuraraq öldürən sürücü özünü avtomobilinə kilidləyərək intihar edib.
Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.
Əldə edilən məlumata görə, hadisə Akçaburgaz Məhəlləsində baş verib . 34 LS 0371 nömrə nişanlı avtomobili ilə hərəkətdə olan yük şirkətinin sürücüsü Erdal Ç. küçədə anası ilə oynayan 3 yaşlı Ö.K.-nı avtomobillə vurub.
Uşaq hadisə yerində faciəvi şəkildə həyatını itirərkən, sürücü Erdal Ç. şoka düşərək hadisə yerindən qaçıb.
Bir neçə küçə qabağa gedən sürücü Erdal Ç. avtomobili kənara çəkərək özünü avtomobilə kilidləyib. Peşmanlıq duyan sürücü Erdal Ç. bıçaqla intihar edib. Vətəndaşların xəbəri ilə hadisə yerinə çoxlu sayda polis qrupları sövq edilib.
Faktla bağlı araşdırma aparılır.