Türkiyənin Nemrut gölü yaxınlığında düşərgə salan ingilis turist Kristofer Lomas Adams ayıların hücumuna məruz qalıb.
Manset.az bu barədə Türk mətbuatına istinadən xəbər verir.
Ayıların hücum edərək çadırına ziyan vurmasından sonra panikaya düşən Adams 112 Təcili Zəng Mərkəzinə zəng edərək kömək istəyib.
Əraziyə polis və tibbi qurumlar sövq edilib.
Çadıra müəyyən qədər zərər dəysə də, turist xəsarət almadan xilas olub.
