Ərdoğan Paşinyanla görüşdü

21:19 - 07 Noyabr 2024

Ərdoğan Paşinyanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısamüddətli görüş baş tutub.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsində reallaşıb.

Xatırladaq ki, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu görüş sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az