Trampın bəzi fərmanları ABŞ ordusunda panika yaratdı

08:40 - 30 Yanvar 2025

Trampın bəzi fərmanları ABŞ ordusunda panika yaratdı

ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarları Amerika ordusunda xaosa səbəb olub.

 

Manset.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bir sıra qərarların qəbulundan sonra ordunun baş qərargah rəisi general-leytenant Lora Potter müxtəliflik və inklüzivliklə bağlı müraciətlərin dondurulmasını və ya dayandırılmasını tələb edib.

Bu, ABŞ-nin hərbi təchizat departamentində çaxnaşmaya səbəb olub və nəticədə bütün sövdələşmələr dondurulub.

Lakin sonradan bu qərar ləğv edilib.

Bundan əlavə, ordudakı bəzi zabitlər postlarını itirməkdən qorxurlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az