Pakistan sərhədində 18 əsgər öldürüldü

19:50 - 01 Fevral 2025

Pakistan sərhədində 18 əsgər öldürüldü

Pakistanın cənub-qərbində gedən döyüşlərdə 18 əsgər və 24 yaraqlı öldürülüb.

 

Manset.az xəbər verir ki, bu  barədə "Reuters" agentliyi məlumat yayıb. 

Məlumata görə, silahlılar gecə saatlarında iğtişaşların yaşandığı Bəlucistan əyalətində yollarda maneələr qurmağa cəhd ediblər.

Hücum edənlərin hansı qruplaşmaya aid olduğu məlum deyil.

İran və Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyaləti on ildir ki, Bəluc separatçı etnik qrupların iğtişaşlarına səhnə olub və burada islamçı yaraqlılar da fəallıq göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az