Mask USAID-in ləğv prosesinin başladığını AÇIQLADI

13:46 - 03 Fevral 2025

Mask USAID-in ləğv prosesinin başladığını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvinə razılıq verib.

 

Manset.az xəbər verir ki, bu barədə biznesmen İlon Mask X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, artıq təşkilatın bağlanması prosesi başlayıb.

"USAİD-in əməkdaşlarına hörmətlə yanaşaraq, mən bunu Donald Trampla ətraflı müzakirə etdim və o, razılaşdı ki, biz agentliyi bağlamalıyıq. Mən ondan bir neçə dəfə bu barədə soruşdum”, - Mask bildirib.

Daha əvvəl iş adamı USAID-in ölməli olan cinayətkar təşkilat olduğunu bildirib. Başqa bir nəşrdə o, agentliyi “radikal sol marksistlərin ilan yuvası” adlandırıb. Mask onların Amerikaya nifrət etdiklərinə əmin olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az