Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

23:22 - 05 Fevral 2025

Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım, polis və xilasetmə qrupları çağırılıb.

Alanya Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Yılmaz Gülər ​​açıqlamasında xəstəxanaya gətirilən 14 yaralıdan biri S.Ç.-nin həyatını itirdiyini, vəziyyəti ağır olan 3 nəfərin müalicəsinin isə reanimasiya şöbəsində davam etdirildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az