"Qəzzada atəşkəs pozula bilər" - HƏMAS

21:50 - 08 Fevral 2025

\"Qəzzada atəşkəs pozula bilər\" - HƏMAS

Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib.

Məlumata görə, sövdələşmə təhlükə altındadır.

Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az