Trampla Putin arasında telefon danışığı oldu

09:10 - 09 Fevral 2025

Trampla Putin arasında telefon danışığı oldu

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.

“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.

Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az