Çində torpaq sürüşməsi - İtkin düşənlər var

10:26 - 09 Fevral 2025

Çində torpaq sürüşməsi - İtkin düşənlər var

Çinin cənub-qərbindəki Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, fövqəladə hadisə şənbə günü, fevralın 8-də, Yibin şəhəri yaxınlığındakı kəndlərdən birində baş verib. Sürüşmə 10 evi uçurub. İtkin düşənlərin dəqiq sayı dəqiqləşdirilir.

Çin Sədri Si Cinpin insanları xilas etmək üçün bütün mümkün tədbirləri görməyə göstəriş verib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az