Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür etdi

18:40 - 09 Fevral 2025

Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür etdi

Səudiyyə Ərəbistanı İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinlilərin öz vətənlərindən köçürülməsinin mümkünlüyü ilə bağlı son bəyanatını pisləyən bütün müsəlman ölkələrinə təşəkkür edib.

 

Manset.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

"Səudiyyə Ərəbistanı Krallığı qardaş dövlətlərin Benyamin Netanyahunun Fələstin xalqının öz torpaqlarından didərgin salınması ilə bağlı bəyanatını pisləyən və rədd edən mövqeyini yüksək qiymətləndirir", - paylaşımda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az