Boliviyada sərnişin avtobusunun 800 metrlik hündürlükdən aşması nəticəsində 31 nəfər ölüb, 15 nəfər yaralanıb.
Manset.az-ən əldə etdiyi məlumata görə, bu barədə ölkənin polis orqanlarından tərəfindən məlumat verilib.
Məlumata görə, Petosi şəhərindən yola çıxan avtobusun Yocalla qəsəbəsində 800 metrlik uçurumdan aşağı yuvarlandığı bildirilib.
Açıqlamada qəzada 31 nəfərin həyatını itirdiyi, bəzilərinin ağır olmaqla 15 nəfərin yaralandığı bildirilib. Qəza yerinə çoxlu təcili yardım və xilasetmə briqadaları göndərilib.
Qəza ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığı bildirilib.