Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusu aşıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə Horasan rayonunda qeydə alınıb.
Qəza nəticəsində 37 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.