İsrail "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirdi

14:42 - 23 Fevral 2025

İsrail \"Hizbullah\"ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri Livanda yerləşən "Hizbullah" təşkilatının silah-sursat saxlanılan hərbi obyektinə və İsrail mülki əhalisinə birbaşa təhdid yaradan bir neçə raket qurğusuna hava zərbələri endirib.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Hizbullah"ın bu cür fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaları pozur və İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradır.

İsrail ordusu, ölkənin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidi aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirəcəyini bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az