Türkiyənin Adana bölgəsində minik avtomobili mikroavtobusla toqquşub.
Manset.az xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Qəzada yaralanan 8 nəfər təcili yardımla Kozan Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Ailə üzvlərinin cansız cəsədləri yarılma üçün morqa aparılıb. Mikroavtobus sürücüsü ifadə vermək üçün jandarma komandanlığına aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.