ABŞ Suriyadan qoşunlarını çıxarır?

12:55 - 18 Aprel 2025

ABŞ Suriyadan qoşunlarını çıxarır?

ABŞ-ın "The New York Times" nəşrinin yazdığına görə, ABŞ qüvvələri Suriyadan çəkilməyə başlayır. Xəbərdə qeyd edilir ki, ABŞ bölgədəki 3 hərbi bazasını da bağlayacaq.



Manset.az- xəbər verir ki,  ABŞ-lı iki yüksək vəzifəli məmura istinadən verilən məlumata görə, hazırda Suriyada təxminən 2 min olan Amerika əsgərinin sayı 1 400-ə endiriləcək. 600 hərbçi ilə yanaşı bölgədə fəaliyyət göstərən 3 əməliyyat bazası da bağlanacaq.

Məqalədə ABŞ qüvvələrinin geri çəkilməsinin davam edib-etməyəcəyi ilə bağlı təqribən 2 ay sonra qiymətləndirmənin aparılacağı bildirilir.

Məsələ ilə bağlı rəsmilərdən birinin Suriyada ən azı 500 Amerika əsgərinin qalmasının vacib olduğunu qeyd etdiyi iddia olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az