Gürcüstanda zəlzələ oldu

17:19 - 19 Aprel 2025

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ baş verib


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi yayıb.

Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:50-də baş verib. Zəlzələnin episentri Raça-Leçxumi bölgəsinin Oni şəhərindən 7 kilometr cənub-şərqdə, İri kəndi ərazisində yerləşib.

Yeraltı təkanların maqnitudası 3,1 bal (ML) təşkil edib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az