Şri-Lankanın Velavaya şəhərində baş vermiş dəhşətli qəza nəticəsində 15 nəfər ölüb, 16 nəfər isə müxtəlif dərəcəli yaralar alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Məlumata görə, sərnişin avtobusu, Kolombodan 280 kilometr şərqdə yerləşən Wellawaya dağlıq ərazisində uçurumdan aşağıya yuvarlanıb. Hadisənin səbəbi sürücünün nəzarəti itirməsi olub. Hadisə yerinə dərhal təcili yardım və polis əməkdaşları göndərilib. Yaralılar müxtəlif xəstəxanalara aparılaraq müalicəyə alınıb.