İsrail ordusunun bu səhər Qəzza şəhərinin müxtəlif bölgələrinə etdiyi hücumlarda 16 fələstinli həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin hava qüvvələri və pilotsuz uçuş aparatları Derej, Rimal və Tel əl-Hava məhəllələrindəki evlərə və çadırlara zərbələr endirib.
Hücumlar nəticəsində 3 nəfər müxtəlif yerlərdə həlak olub, 7 nəfər isə yaralanıb. Şəhərin qərbindəki Əl-Əzhər Universiteti ətrafında da hücum baş verib, burada 2 fələstinli həyatını itirib.