Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

19:29 - 06 Sentyabr 2025

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. 


Manset.az Lent.az-a istinadən xəbər verir ki, Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, Elnur İbrahim oğlu Əliyev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub. 

Bir neçə gün əvvəl gedən şiddətli döyüşlərdə Elnur Əliyev həyatını itirib. 

Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10-a yaxın Zaqatala sakini döyüşlərdə ölüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az