İstanbulun 6 rayonunda etiraz aksiyaları QADAĞAN EDİLDİ

23:10 - 07 Sentyabr 2025

İstanbulun 6 rayonunda etiraz aksiyaları QADAĞAN EDİLDİ

İstanbul hakimiyyəti şəhərin altı rayonunda, o cümlədən mərkəzi ərazilərdə mitinq və nümayişlərin keçirilməsinə qadağa qoyub. Qərar üç sutkadan çox qüvvədə olacaq.


Manset.az xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat verib.

Açıqlamada bildirilir ki, qadağa 7 sentyabr saat 20:00-dan 10 sentyabr çərşənbə günü saat 23:59-a qədər qüvvədə olacaq. Qadağa Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarını əhatə edir.

Qadağanın səbəbi göstərilmir. Məlumata görə, Türkiyənin əsas müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarlarını bazar ertəsinə keçən gecə partiyanın İstanbul filialının binası qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

2 sentyabrda İstanbul məhkəməsi CHP-nin İstanbul şöbəsinin 2023-cü ilin payızında keçirilmiş qurultayının nəticələrini etibarsız saymaq barədə qərar çıxarıb. Ehtiyat tədbiri kimi şöbənin rəhbəri Özgür Çelik və digər rəhbər şəxslər vəzifələrindən kənarlaşdırılıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az