Türkiyədə ağır qəza oldu - 10 nəfər yaralı var

10:45 - 08 Sentyabr 2025

Türkiyədə ağır qəza oldu - 10 nəfər yaralı var

Türkiyənin Şanlıurfa, Hilvan rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında, Hilvan rayonunun Apaydın və Çakmak məhəllələri arasındakı yolda baş verib.

Məlumatlara görə, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus əks istiqamətdə hərəkət edən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə dərhal çoxsaylı tibb və jandarma qrupları cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı Hilvan, Siverek və Şanlıurfa şəhərlərindəki xəstəxanalara aparılıb.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hadisə ilə bağlı istintaq işləri aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az