Türk ədəbiyyatının dəyərli yazarlarından olan Ayşe Kulin, həyat yoldaşı Engin Barazın vəfat etdiyini bildirib.
Manset.az xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlayıb.
Məşhur yazıçı, 1985-ci ildən bəri birlikdə olduğu həyat yoldaşını itirdiyini və bu ağrını heç bir sözlə izah etmənin mümkün olmadığını vurğulayıb. Ayşe Kulin, paylaşımında "1985-ci ildən bəri həyat yoldaşım, həyat yoldaşım sevgilim Engini itirdim. Ona qovuşana qədər ağrılarımı izah etmək mümkün deyil. Mekanı cənnətə, nura qovuşsun" deyə yazıb.
Bu üzücü xəbərin ardından Kulinin pərəstişkarları və yaxın dostları ona başsağlığı diləyib.