Çin Əfqanıstana humanitar yardım göndərdi

14:26 - 08 Sentyabr 2025

Çin Əfqanıstana humanitar yardım göndərdi

Çin hökuməti, Əfqanıstanda baş verən güclü zəlzələdən sonra təcili yardımın ilk partiyasını Kabilə çatdırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yardım paketində çadır, ədyal və digər zəruri ehtiyaclar yer alır.

Yardım, Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə aid Y-20 təyyarələri ilə göndərilib. Təqdimat mərasimində Çin və Əfqanıstan rəsmiləri iştirak edib. Çin səfirliyinin müvəqqəti işlər vəkili Bao Xuhui, yardımların zəlzələdən zərər çəkən bölgələrə dostluq və dəstək nümayişi olduğunu bildirib. Əfqanıstan rəsmiləri isə, Çinin yardımlarını yüksək qiymətləndirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az