İsrailin işğalı altında olan Şərqi Qüdsdə baş vermiş silahlı hücum nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Manset.az xəbər verir ki, hadisə, işğal altındakı Şərqi Qüdsün Ramot qovşağında yerləşən avtobus dayanacağında baş verib.
İsrail polisinin verdiyi məlumata görə, atışma zamanı 5 nəfər həyatını itirib, 6-sı ağır olmaqla, ümumilikdə 11 nəfər yaralanıb. Hücumu həyata keçirən ikili silahlı qrupdan hər ikisi öldürülüb.
Hadisə yerinə dərhal gücləndirilmiş polis qüvvələri göndərilib və ərazi bağlanıb. Yaralılar təcili olaraq yaxın xəstəxanalara çatdırılıb. Hücumun motivləri hələlik açıqlanmayıb, hadisə ilə bağlı araşdırmalar davam edir.
Hücumun ardından təhlükəsizlik tədbirləri gücləndirilib və bölgəyə əlavə polis qüvvələri təyin olunub.