Ukrayna bu kəndi azad etdi

16:17 - 08 Sentyabr 2025

Ukrayna bu kəndi azad etdi

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətindəki Vladimirovka kəndini azad edərək, rus qoşunlarını bir sıra digər yaşayış məntəqələrindən sıxışdırıb.


Manset.az xəbər verir ki, bu barədə "DeepState" analitik layihəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna ordusu Vladimirovka kəndini təmizləyib və Razino, Zolotoy Kolodeziya və Novotoretske ərazilərində düşməni geri atıb.

Bundan əvvəl, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sirski, avqust ayında Ukrayna ordusunun Pokrovski istiqamətində 5 kvadrat kilometr ərazi itirsə də, eyni dövr ərzində 26 kvadrat kilometr ərazini geri alaraq nəzarətini bərpa etdiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az